13 İyun 2015 08:56
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda birinci Avropa Oyunlarının açılış mərasimi möhtəşəm idman hadisəsi oldu. Bunu Trend-ə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze mərasimdən sonra deyib.

Onun sözlərinə görə, rəngarəng şou və çox gözəl təşkilatçılıq Azərbaycanın inkişafının daha bir təsdiqi oldu: “Bakı-2015” birinci Avropa Oyunları növbəti Avropa Oyunlarının ev sahibi ölkələri üçün yüksək həddi müəyyənləşdirdi”.

Səfir qeyd edib ki, Avropanın 50 ölkəsinin yüksək səviyyəli nümayəndələrinin açılışa gəlməsi idman tədbirinin yüksək statusu faktını sübut edir: “Azərbaycanda böyük idman sahəsi təkcə avropalı idmançıları deyil, həm də qitənin bütün sakinlərini birləşdirdir”.


Müəllif:

Oxşar xəbərlər