13 İyun 2015 14:55
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kişi idmançılarımızdan üç nəfər, qadın idmançılardan isə bir nəfər yarımfinaldadır”.

Bu sözləri Teleqraf.com-a karate üzrə yığma komandamızın baş məşqçisi Rəhman Hətəmov deyib. Mütəxəssisin sözlərinə görə, qadın idmançılarımızın nəticəsi bir qədər zəif olsa da, ümumilikdə nəticələr qənaətbəxşdir:

“Oyunların Bakıda keçirilməsi bizim üçün çox böyük nailiyyətdir. Nəzərinizə çatdırım ki, karate idman növünün oyunlara salınması birbaşa cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə olub. Biz çalışacağıq ki, doğma meydan amilindən yararlanaq.

Biz artıq bir ildir ki, hazırlaşırıq. Düzdür, qadın idmançılarımızın nəticələri kişilərlə müqayisədə zəifdir. Amma buna baxmayaraq, kişi idmançılarımızdan üç nəfər, qadın idmançılardan isə bir nəfər yarımfinaldadır”.


Müəllif:

Oxşar xəbərlər