Erməni rəqibini məğlub edərək bürünc medal qazanan Elman Muxatrov jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, idmançımız ermənistan təmsilçisinə qalib gəlməyi qarşısına məqsəd qoyduğunu deyib:
"Çox sevinirəm. 3-cü yer uğrunda Ermənistan idmançısına qalib gəldim. O, bizim düşmənimiz idi, mən heç zaman fikirləşmirdim ki, ona uduzacam. Erməni güləşçisi güclü idmançıdır. Bu idmançı Londonda Olimpiya oyunlarında da güləşmişdi. Mən də fikirləşdim ki, inşaallah qalib gəlməliyəm, başqa heç cür ola bilməz. İlk görüşdə gürcü güləşçisi ilə görüşdüm. İkinci görüşüm Norveç idmançısı idi. O, çox güclü idi. Ona görə də çox yoruldum. 15-10 dəqiqə arasında növbəti görüşə çağırdılar. Ona görə finala çıxa bilmədim. İnşallah, gələn yarışlarda qızıl medal qazanacam".