16 İyun 2015 17:09
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 49 və 58 kq çəki dərəcəsində iki idmançısı Birinci Avropa Oyunları çərçivəsində taekvondo üzrə bürünc medal uğrunda yarışa başlayıb.

Təmsilçimiz Məhəmməd Məmmədov Belçika təmsilçisi Ketbi Si Mohamedlə qarşılaşıb. 3-cü raundda nəticə 4-4 olsa da, qızıl xalı belçikalı taekvondoçu qazanıb. Nəticədə kişilər arasındakı yarışda bürünc medala Belçika təmsilçisi layiq görülüb. M.Məmmədov Avropa oyunlarında 5-ci yerlə kifayətlənməli olub.

Qadınlar arasında 49 kq çəki dərəcəsində azərbaycanlı Patimat Abakarova İtaliya təmsilçisi Nikoli Erika ilə bürünc medal uğrunda mübarizə aparıb. Rəqibinə 13-0 hesabı ilə qalib gələn Azərbaycan taekvondoçusu 3-cü yeri qazanıb. P.Abakarova birinci raundda 4, ikinci raundda 5, üçüncü raundda yenidən 4 xal toplayıb. Xal fərqi 12-yə çatdığı üçün üçüncü raund yarıda saxlanılıb.

17:00

Taekvando yarışlarında yarımfinal həyəcanı yaşanır. 49 kiloqram çəkidə mübarizə aparan təmsilçimiz Patimat Abakarova serbiyalı Tijana Boqdanoviçlə qarşılaşıb. İlk hissədə hesab açılmayıb. İkinci hissədə Abakarova 4-1 hesabı ilə qalib gəlib.

Üçüncü raundda serbiyalı idmançı 5-2 hesabı ilə qalib gəlib. Ümumi hesab 6-6 olduğundan əlavə raund olnanılıb. Bu raundda daha inamlı təsir bağışlayan Boqdanoviç qızıl xalı qazanaraq finala yüksəlib.

Patiman Abakarova bürünc medal uğrunda mübarizə aparacaq.

15:35

Taekvondoçu qadınlar arasında 49 kq çəki dərəcəsində dörddəbir final keçirilir. Azərbaycan təmsilçisi Patimat Abakarova yunanıstanlı İoanna Koutsou gücünü sınayıb. Görüş 4-2 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb.

15:23

58 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Məhəmməd Məmmədov dörddəbir finalda ispaniyalı Tortosa Cabrera Xesusla qarşılaşır. Birinci hissə 2-1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. İkinci hissədə də fəallıq göstərən ispaniyalı taekvandoçu 5-1 üstün olub.

Sonuncu hissə 1-1 hesabı ilə başa çatıb.

Beləliklə, görüş 8-3 hesabı ilə Tortosa Cabrera Xesusun xeyrinə başa çatdı.

12:23

Bu gün “Bakı-2015” I Avropa Oyunları çərçivəsində taekvondo yarışlarına start verilib.

Taekvondoçumuz Məhəmməd Məmmədov (58 kq) dörddəbir finalda ispaniyalı Tortosa Cabrera Jesus ilə qarşılaşacaq.

Qadınların yarışında isə Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) Yunanıstan idmançısı Loanna Koutsou ilə döyüşəcək.

10:42

Taekvondo üzrə yarışlarda Azərbaycan təmsilçisi ilə rusiyalı taekvondoçu üz-üzə gəlib.

Azərbaycanlı Patimat Abakarovanın rusiyalı Aleksandra Liçaqina ilə mübarizəsi gərgin keçib. Azərbaycan idmançısı 7-1 hesabla qələbə qazanıb.

10:23

Teleqraf.com xəbər verir ki, qadın idmançılar arasında ilk yarış Xorvatiya təmsilçisi Lucija Zaninoviç ilə Slovakiyanı təmsil edən Terezia Pavkova arasında başlayıb.

52 kq çəki dərəsində olan Lucija Zaninoviçla Terezia Pavkovanın (49) mübarizəsində gərgin anlar yaşanıb. Xorvatiya təmsilçisi 14 xal qazanaraq rəqibinə qalib gəlib. Onun rəqibi isə cəmi 2 xal toplaya bilib.

Kişi idmançılar arasında ilk yarış Almaniya ilə İslandiya təmsilçiləri arasında keçirilir. Almaniyanı təmsil edən 26 yaşlı Tuncat Levent 29 yaşlı İslandiya təmsilçisi Rafiei Meisam ilə mübarizə aparır.

Kristal Zalda keçirilən qarşılaşma saat 09.15-də başlanıb. L.Tuncat 7:3 hesabı ilə qələbə əldə edib.

Qeyd edək ki, Tuncat Levent 61, Rafiei Meisam isə 58 kq çəki dərəcəsindədir.

Xatırladaq ki, Azərbaycanı taekvondo yarışlarında 8 idmançı (4 kişi, 4 qadın) təmsil edir: Milad Beygi Harçeqani, Radik İsayev, Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Patimat Abakarova, Günay Ağakişiyeva, Fəridə Əzizova, Marina Tedeyeva.

Saat 10:45-də azərbaycanlı Məhəmməd Məmmədov israilli Gili Haimovitz ilə üz-üzə gələcək. Saat 10:30-da Azərbaycan təmsilçisi Patimat Abakarova (49 kq) rusiyalı Aleksandra Liçaqina ilə yarışacaq.


Müəllif:

Oxşar xəbərlər