17 İyun 2015 15:36
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Anatoliy Leonov və Ulyana Dyakova yarışlar barədə fikirlərini bölüşüblər.

Teleqraf.com xəbər verir ki, finala vəsiqə qazanan idmançılarımız doğma divarlar arasında məğlub olmaq fikrində deyil:

“Çıxışımız uğurlu alındı və biz finala vəsiqə qazandıq. Rəqiblərimiz çox güclüdür. Rusiya, Almaniya, Böyük Britaniya medala əsas namizədlərdir. Buna baxmayaraq biz də onların arasındayıq. Final çox gərgin olacaq. Lakin biz çalışacağıq ki, ölkəmizdə keçirilən yarışlardan məğlub ayrılmayaq”.


Müəllif: