18 İyun 2015 14:40
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

14.40

Güləşçimiz Ruslan Dibirhacıyev (70 kq) növbəti təsəlliverici görüşünə çıxıb. Onun bu görüşdəki rəqibi Macar idmançı Zsombor Gulyas olub.

İdmançımız ilk hissəni rəqibindən 1 xal üstün başa vurub.-1:0

Təbii ki, ard-arda görüşlər keçirən idmançıların yorğun olduğu hiss olunurdu. Ancaq bu, Avropa Oyunlarında hər iki idmançı üçün böyük şans idi. Güləşçimiz növbəti taymda aktivinə daha 2 xal əlavə edə bilib.

Rəqib idmançının məçqçiləri etiraz bildiriblər. Amma onların etirazları qəbul olunmayaraq, güləşçimizin aktivinə daha 1 xal əlavə olunur.

Rəqib idmançı 2 dəfə güləşçimizə verilən xəbərdarlıqdan 2 xal qazansa da, bu görüşün taleyini onun xeyrinə həll etməyib. Görüşü Ruslan 4:2 hesabla qalib bitirib.

Beləliklə R.Dibirhacıyev bürünc uğrunda mübarizəyə haqq qazanıb.

Ümumilikdə axşam saatılarında 4 idmançımız bürünc medal uğrunda güləşməyə haqq qazanıb.

Bildirək ki, güləşçimiz Hacı Əliyev (61 kq) Türkiyə idmançızı Munir Recep ilə üz-üzə gələcək.

Təmsilçimiz Nurməhəmməd Hacıyev (86 kq) Polşa güləşçisi Radoslav Marcinkieviçlə qarşılaşacaq.
Didər idmançımız Cəmaləddin Məhəmmədov (125 kq) isə Slovakiya idmançısı Soslan Qaqloevlə hünər meydanında görüşəcək.

İdmançımız Ruslan Dibirhacıyevin (70 kq) isə bürünc medal uğurunda rəqibi Gürcüstan güləşçisi Davit Tlaşadze olacaq.

14.07

70 kq çəki dərəcəsində təsəlliverici görüşdə güləşçimiz Ruslan Dibirhacıyev Bolqarıstan idmançısı Miroslav Kirovla qarşılaşıb.

İdmançımız təsəlliverici görüşdə rəqibini 4:1 hesabla məğlub edib. Beləliklə, Ruslan növbəti təsəlliverici görüşə haqq qazanıb.

13.30

Yarım final mərhələsində təmsilçimiz Hacı Əliyev (61 kq) Rusiya idmançısı Aleksandr Boqomoevlə qarşılaşıb. İdmançımız ilk hissənin ikinci dəqiqəsində rəqibini xalçadan kənara çıxararaq aktivinə 1 xal yazdırıb. Ancaq rəqib idmançı birinci hissənin bitməsinə az qala xalları bərabərləşdirə bilir.


İkinci hissədə rusiyalı güləşçi aktivinə ard-arda 2 xal yazdıra bilir. Görüş 5:2 hesabıyla rəqibin xeyrinə bitib. Hacı Əliyev üçün bürünc şansı qalır.

12:14

Ruslan Dibirhacıyev 1/8 finalda polşalı Maqomedmurad Hacıyevlə görüşüb. O, rəqibinə 3-1 məğlub olub.

12:00

Nurmaqomed Hacıyev 1/4 finalda rusiyalı Əbdülrəşid Sadulayevlə qarşılaşıb. Görüş Hacıyevin 4-1 məğlubiyyəti ilə başa çatıb.

11:54

1/8 finalda 76 kq-da mübarizə aparan idmançımız Nurməhəmməd Hacıyev də ilk görüşdən üzüağ çıxıb. O, bolqarıstanlı rəqibi Georgi Sredkova 14:2 hesabıyla qalib gəlib. 1/4 finalda Nurməhəmməd Hacıyev Rusiya idmançısı Abdulraşid Sadullayevlə qarşılaşacaq.


11:08

Avropa və dünya çempionumuz Hacı Əliyev ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib və o da qardaşı kimi erməniyə öz gücünü göstərib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib. Hacı Əliyevin 1/4 finaldakı rəqibi slovakiya idmançısçısı Mikola Bolotnyuk olacaq.


10:37

1/16 finalda sərbəst güləşçimiz Cəmaləddin Məhəmmədov italiyalı rəqibi Jonas Rudaviciusi 10:0 hesablı tam qələbəylə məğlub edib. 1/8 finalda Cəmaləddin Məhəmmədovun rəqibi Türkiyə təmsilçisi Taha Akgül olacaq.

09:55


Bu gün Bakı-2015-də sərbəst güləş yarışlarının son görüşləri baş tutacaq.

4 çəki dərəcəsində güləşçilərimiz mübarizə aparacaq. 61 kq çəki dərəcəsində təmsilçimiz Hacı Əliyev 1/8 finalda erməni Valodiya Franqulyanla görüşəcək. Qarşılaşma saat 10:49-da başlayacaq.

70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev 1/8 finalda bolqar Miroslav Kirovla polşalı Maqomedmurad Hacıyevin qalibi ilə görüşəcək.

86 kq çəki dərəcəsində təmsilçimiz Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək.

Qarşılaşma saat 10:56-da başlayacaq.

125 kq çəki dərəcəsində Camaləddin Maqomedov ilk görüşünü litvalı Yonas Rudaviçiusla keçirəcək. Qarşılaşma saat 10:21-də başlayacaq.


Müəllif:

Oxşar xəbərlər