Qadınlar arasında kamandan oxatma yarışlarının qalibi məlum olub.
Finalda Belarus idmançıları İtaliya yığması ilə üz-üzə gəlib. Öncə 0:2 hesabı ilə geri düşən Belarus yığması hesaba tarazlıq gətirsə də, bu, uzun çəkməyib.
Ümumi hesabda 3:5 hesabı ilə qalib gələn İtaliya yığması I Avropa Oyunlarının qızıl mükafatının sahibi olub.
12:09
Ukraynanın qadınlardan ibarət kamandan oxatma komandası çoxnövçülük üzrə bürünc medala sahib olub.
Ukraynalı xanımlar gərgin mübarizədən sonra Rusiyaya 5:4 hesabı ilə qalib gəlib.
11:48
Qadınların kamandan oxatma yarışlarının çoxnövçülük üzrə finalçıları məlum olub. Belarusa qalib gələn Ukrayna finala vəsiqə qazanıb.
11:21
Qadınlardan ibarət yığma komandaların Kamandan oxatma üzrə yarımfinal oyunlarına start verilib.
Teleqraf.com xəbər verir ki, İtaliya Rusiya ilə qarşı-qarşıya gələcək.
Bu görüşün qalibi isə finalda Belarus-Ukrayna görüşündən qalib ayrılanla qarşılaşacaq.
Xatırladaq ki, hər komanda 3 qadından ibarətdir. İtaliya yığmasında Quendalina Sartori, Elena Tonetta və 45 yaşlı təcrübəli idmançı Natalia Valeeva işitrak edir.
Rusiya komandasının heyəti isə nisbətən gəncdir. Bura 21 yaşlı Kristina Timofeyeva, İnna Stepanova və 26 yaşlı idmançı Nataliya Erdineyeva daxildir.
Yarımfinal qarşılaşmasında rəqibindən üstün olan İtaliya yığması ümumi hesabda 5:3 hesabı ilə qalib gələrək finala adlayıb.