Bakı Su İdman Mərkəzində I Avropa Oyunları çərçivəsində keçirilən suya tullanma yarışları davam edir.
Teleqraf.com xəbər verir ki, qadınlar arasında 1 metr tramplin üzərindən tullanma yarışlarının ilkin raundunda 29 ölkə təmsilçisi bacarığını sınayacaq.
Yarışlar saat 10.00-dan başlayaraq start götürüb.
Azərbaycanı yarışda Olqa Bıkovskaya təmsil edir. O, 21 sırada suya tullanacaq.
İdmançılar ümumilikdə 8 dəfə suya tullanacaqlar.
*****
13.00 Teleqraf.com xəbər verir ki, qadınların 1 metr tramplin üzərindən suya tullanma yarışlarında çıxışlarının ilkin raunduna yekun vurulub.
Rusiya təmsilçisi Nekrasova Yekaterina 357.60 xalla ən yaxşı göstəricini göstərib. İkinci pillədə 345.30 xalla Böyük Britaniya atleti Fouler Miliye, 344.15 xall toplayan digər rusiyalı atlet Polikova Mariya üçüncü yeri tutb.
Azərbaycanlı atlet Olqa Bıkovskaya 28-ci yeri tutub. Təmsilçimiz final mərhələsinə çıxa bilməyib.
Qeyd edək ki, yarışların final mərhələsi saat 20.25-də başlayacaq.
Rüstəm