I Avropa Oyunları çərçivəsində kişilər arasında 50 metrdən 3 vəziyyətdə tüfənglə atəş açma yarışı başa çatıb.
Trend-in məlumatına əsasən, qələbə kürsüsünün ən yüksək pilləsinə 456.2 xalla Fransa idmançısı Valerian Sovplan qalxıb.
Gümüş medalın sahibi Xorvatiya atıcısı Petar Qorsa (454 xal) olub.
Belaruslu Vitali Bubnoviç (444.5 xal) isə bürünc medala yiyələnib.