"Azərbaycan I Avropa Oyunlarında Olimpiya Oyunları ab-havasını yaratmağa nail oldu". Bunu Trend-ə almaniyalı badmintoçu Diter Domke deyib.
Onun sözlərinə görə, Oyunların açıllş mərasimi möhtəşəm oldu: "Özümü olimpiadadakı kimi hiss edirəm".
Azərbaycanda ilk dəfə olduğunu deyən idmançı qeyd edib ki, Bakı çox xoşuna gəlib: "Ümid edirəm ki, Bakıya yenə gələcəyəm. Bura çox gözəldir".
D.Domke Oyunlarda yüksək nəticə göstərəcəyinə ümid etdiyini vurğulayıb.