24 İyun 2015 17:56
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin kişilərdən ibarət yığma komandası Bolqarıstanla oyunda 1-3 hesabı ilə məğlub olduqdan sonra “Bakı 2015” Birinci Avropa Oyunlarında iştirakını dayandırıb.

Teleqraf.com xəbər verir ki, oyundan sonra Türkiyə komandasının baş məşqçisi Alper Hamurçu və kapitanı Mustafa Koç görüş barədə fikirlərini bölüşüb.

Koç bunları deyib: “Oyuna çox gözəl başladıq. İlk setdə mükəmməl və səhvsiz oyun göstərdik və qələbə qazandıq. Digər setlərdə isə bu uğrun davamını gətirə bilmədik. Buna səbəb ikinci və üçüncü setdə Bolqarıstan voleybolçularının çox böyük üstünlük əldə etməsi və ruh düşkünlüyümüzdür. Dördüncü setdə qələbə qazanmağa yaxın idik. Ancaq mümkün olmadı”.

Komandanın baş məşqçisi Alper Hamurçu isə Bolqarıstan kollektivinin daha təcrübəli olduğunu bildirib: “Oyunda çox səhvlərimiz oldu və bolqarlar bundan maksimum yararlandı. İlk setdə komandamız ən yaxşı oyununu göstərdi. Lakin digər üç setdə Bolqarıstan idmançılarının blok və servisdə uğur qazanması məğlubiyyətimizin əsas səbəbi oldu. Gələcəkdə bu kimi səhvlərin olmaması üçün məşqlərimizi davam etdirməliyik”.

Samir


Müəllif:

Oxşar xəbərlər