25 İyun 2015 22:36
2 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı 2015" Birinci Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının finalı uğrunda son qarşılaşma keçirilib.

Teleqraf.com xəbər verir ki, bu qarşılaşma Azərbaycan və Türkiyə komandaları arasında baş tutub. Komandamız qrup mərhələsində Türkiyəyə 0-3 hesabı ilə məğlub olub.

Oyunu izləyənlər arasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva da olub.

Birinci hissənin ilk texniki fasiləsinə türkiyəli idmançılar 8-6 hesabı ilə öndə yollanıblar. İkinci texniki fasiləyə komandamız geridə yollanıb: 14-16. Birinci hissədə Azərbaycan 25-21 hesabı ilə məğlub olub.

İkinci hissənin ilk texniki fasiləsinə Azərbaycan geridə ayrılıb: 6-8. İkinci texniki fasiləyə komandamız üstün yollanıb: 16-15. Bu hissədə komandamız inamlı qələbə qazanıb: 25-23

Üçüncü hissədə türkiyəli voleybolçular ilk texniki fasiləyə üstün yollanıb: 8-6. İkinci texniki fasiləyə də Türkiyə idmançıları irəlidə ayrılıb: 16-12. Bu setdə komandamız məğlub olub: 25-19.

Azərbaycan komandası dördüncü setdə hesaba tarazlıq gətirib: 25-22. Beşinci, həlledici setdə Türkiyə voleybolçuları qələbəni bayram edib və finala adlayıb: 15-11 (3-2)

Samir


Müəllif:

Oxşar xəbərlər