“Bakıda I Avropa Oyunları sambonun necə maraqlı idman növü olduğunu göstərdi”.
Bu barədə Trend-ə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıda Azarkeşlər evində keçirilən mətbuat konfransında deyib.
I Avropa Oyunlarında təmsil edilən qeyri-olimpiya idman növlərinin olimpiada proqramına daxil edilməsindən danışan A.Jukov artıq karate ilə sambonun belə bir iddiada olduğunu qeyd edib: “Düşünürəm ki, bu il sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul ediləcək. Hamımız sambonun necə maraqlı idman növü olduğunu gördük”.
O, həmçinin I Avropa Oyunları çərçivəsində akrobatika yarışlarını çox bəyəndiyini bildirib: “Bu idman növü çox gözəl, perspektivli və baxımlıdır”.