İranın Qərbi Azərbaycan əyalətinin Serdest şəhərində PKK-nın bu ölkədəki qolu sayılan PJAK ilə ordu qüvvələri arasında toqquşma baş verib.
Teleqraf.com İranın "Fars" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) komandiri Muhammed Pakpur məlumat verib.
Onun sözlərinə görə, insident zamanı 5 terrorçu öldürülüb. Pakpur əlavə edib ki, öldürülənlər arasında təşkilatın bölgə üzrə məsul şəxsi də olub.
Samir