Türkiyə Böyük Millət Məclisinin Ədalət Komissiyasının iclasında Ədalət və İnkişaf Partiyasının deputatları ilə Cümhuriyyət Xalq Partiyasının millət vəkilləri arasında mübahisə yaşanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ədalət Komissiyası məhkəmə qanunlarında dəyişiklik etmək üçün toplanıblar.
Toplantıda ədliyyə naziri Bekir Bozdağ CHP lideri Kemal Kılıçdaroğlunun həbsxanalarda məhkumları ziyarət etməsindən danışıb. O bildirib ki, ziyarət edilən məhkumlar arasında PKK terrorçuları da olub.
Bu fikir CHP-nin İstanbuldan olan millət vəkili Sezgin Tanrıkulunun sərt reaksiyasına səbəb olub.
Hadisədən sonra millət vəkilləri arasında mübahisə baş verib. Toplantıda fasilə yaranıb.
Samir