İŞİD terror təşkilatı Suriyanın Rakka şəhərində casusluqda ittiham olunan şəxsi çarmıxa çəkərək edam edib.
Teleqraf.com xəbər verir ki, edam insanların gözləri qarşısında həyata keçirilib.
Öncə cəlladlardan biri əlindəki xəncəri məhkumun ürəyinə sancıb. Digər cəllad isə tapança ilə şəxsin alnından vurub.
Rakka sakinləri bildirirlər ki, İŞİD edamın bu növünü ilk dəfə olaraq icra edib. Digər mənbələr isə edamın sadəcə səhnələşdirildiyini bildirirlər. İnsanların gözünü qorxutmaq üçün nümayiş etdirilən hərəkətlər reallıqda icra olunmayıb.
Qeyd edək ki, bu günə qədər İŞİD-in bir neçə edam videolarındakı görüntülərin saxta olduğu, kənar qüvvələrdə psixoloji qorxu yaratmağa hesablandığı bəlli olub.
Ayxan