21 İyun 2016 19:53
749
12 Punto 14 Punto 16 Punto 18 Punto


Milyarder Corc Soros Böyük Britaniya ilə bağlı proqnoz verib. Teleqraf.com xəbər verir ki, Sorosa görə, əgər Böyük Britaniya referendum zamanı Brexit (AB-dən ayrılma) qərarını versə bu ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək.

C.Soros İngiltərənin “Quardian” qəzetindəki məqaləsində yazır: “Xəbəriniz olsun, hamınız kasıblaşacaqsız. 60 illik təcrübəm deyir ki, yaşam standartlarınızla bərabər funt sterlinqiniz də yerə vurulacaq. Brexitdən qazananlar sadəcə spekulyatorlar olacaq. Ölkənizin AB-dən çıxmasını dəstəkləyənlər bunun acı nəticəsini hazırda olduqca kiçildirlər. Referendumdan sonra sterlinq avro ilə eyni olacaq.

İngiltərənin ədalət nazir Mikael Qov Sorosun iradlarını rədd edib: “Soros avronu dəstəkləyənlərdən biridir. Avro çıxandan sonra işsizlik daha da artdı. Biz onun ehtimalları üzrə hərəkət etməyəcəyik”.

Qeyd edək ki, sabah Böyük Britaniada AB-də qalıb-qalmamaqla bağlı referendum keçiriləcək.

Ayxan


Müəllif:

Oxşar xəbərlər