Fransanın Mİlli Cəbhə Partiyasının lideri Marin Le Pen Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı fikirlərini Tvitter hesabında bölüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, analoji referendumu Fransada keçirməyi təklif edib:
"Azadlıq qələbə çaldı. Biz də bu cür referendum keçirməli və Avropa Birliyini tərk etməliyik".
Bundan başqa, Hollandiyada miqrantlara qarşı fikirləri ilə tez-tez gündəmə gələn politoloq Grit Vilders də oxşar çağırışla çıxış edib: "Öz ölkəmizi, pul vahidimizi, sərhədlərimizi və miqrant siyasətimizi nəzarətdə saxlamaq istəyirik".
Qeyd edək ki, Britaniyada 17,1 milyon insan, yəni 52,7 faiz seçici "Brexit" lehinə səs verib.
Samir