Rusiyanın baş naziri Dmitri Medvedev İstanbulun Atatürk hava limanında baş verən terror aktına görə türkiyəli həmkarı Binali Yıldırıma başsağlığı verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Medvedev ölənlərin ailələrinin və yaxınlarının dərdinə şərik olduğunu, yaralılara isə tezliklə sağalmağı arzuladığını bildirilib.
Qeyd edək ki, məlum hadisə zamanı 41 nəfər həyatını itirib 239 nəfər yaralanıb.
Samir