ABŞ-ın Nyu York şəhərindəki Con F. Kennedi (JFK) hava limanı və ona aid terminallar terror xəbərdarlığı adı altında bir neçə saat bağlanılıb.
Teleqraf.com xəbər verir ki, hava limanında şübhəli bağlama olub. Bağlamanın zərərsizləşdirilməsi üçün çoxli sayda mütəxəssis, xüsusi itlər, texniki vasitələr əraziyə cəlb olunub.
Araşdırmalardan sonra bağlamada təhlükəli maddənin olmadığı aşkarlanıb.
İstanbuldakı terror aktından sonra ABŞ-da insanların sıx olduqları yerlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Ruslan