5 İyul 2016 23:17
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul hava limanında terror törədənlərin keçmiş sovet respublikalarından olduğunu bildirib.

"Təəssüf ki, terroru Şimali Qafqazdakı qonşularımız törədib", deyə Ərdoğan bildirib.

Ərdoğan Ramazan bayramı münasibətilə İstanbul məscidlərindən birində ibadət etdikdən sonra bu terror aktları ilə bağlı 30 nəfərin saxlandığını bildirib.

Onun sözlərinə görə, əsas şübhəlilərdən biri Dağıstandan, biri, Qırğızıstandan, biri isə Tacikistandandır.

KİV-lər də bundan əvvəl terrorçulardan 1-2-nin Rusiya və Qığızıstandan olması barədə məlumat yaymışdı.

Ərdoğan həmçinin bildirib ki, bu terror aktlarını “İslam dövləti” qrupu təşkil edib.


Müəllif:

Oxşar xəbərlər