7 İyul 2016 20:54
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ilk dəfə olaraq insan haqlarını pozulması ittihamı ilə Şimali Koreya lideri Kim Jong-un-a qarşı sanksiyalar tətbiq edir.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, cənab Kim ölkəsindəki pozuntulara görə birbaşa məsuliyyət daşıyır.

Digər 10 şimali koreyalı rəsmi də qara siyahıya düşüb. Şimali Koreya hökumətindən məsələyə hələ ki, münasibət bildirməyiblər.

Sanksiyaya məruz qalmış şəxslərin ABŞ-da hər hansı əmlakının dondurulması və ABŞ vətəndaşlarının onlarla ticarətinə qadağa, sanksiyalarla nəzərdə tutulmuş addımlardır.

Şimali Koreya bundan əvvəl də nüvə fəaliyyətinə görə ağır sanksiyalara məruz qalıb, lakin analitiklərin fikrincə sonuncu addım ABŞ-ın Şimali Koreyanı təcrid etmək cəhdlərini artırmasıdır.

“Kim Jong-un-un rəhbərliyi altında Şimali Koreya milyonlarla vətəndaşına qarşı qeyri rəsmi qətllər, məcburi əmək və işgəncə də daxil olmaqla, dözülməz qəddarlıqlar törətməkdə davam edir,” Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, təxminən 80 minlə 120 min arası məhbus Şimali Koreyanın həbsxanalarında işgəncələrə, cinsi təcavüzə və edama məruz qalır.

ABŞ bundan əvvəl də Suriya lideri Bəşər Əsəd və keçmiş Liviya lideri Müəmmar Qəddafi də daxil olmaqla digər dövlət başçılarına qarşı da sanksiyalar tətbiq edib.


Müəllif:

Oxşar xəbərlər