“Yeni “soyuq müharibə” istəmirik. “Soyuq müharibə” keçmişdə qaldı. Rusiya ilə konstruktiv dialoq axtarırıq”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Varşavada keçirilən sammitində alyansın baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, NATO-nun hərbi varlığını artırması Rusiyaya qarşı addım kimi dəyərləndirilməməlidir: "Bu sadəcə olaraq, NATO-nun müdafiə gücünün artırılması məqsədi güdür. Rusiya NATO-nun ən böyük qonşusudur".
Bu arada, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO ilə əməkdaşlığın mümkünlüyündən danışıb: "Rusiya və NATO etimad tədbirlərinin möhkəmləndirilməsi və terrorçuluqla mübarizə məsələləri ilə bağlı qarşılıqlı fəaliyyət göstərə bilərlər".
Samir