16 İyul 2016 03:34
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə çevrilişə etiraz edən vətəndaşlara qarşı silahdan istifadə edilib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Boğaziçi Körpüsü istiqamətinə hərəkət etmək istəyən bir qrup vətəndaşa atəş açılıb.

Hərbçilərin tanklarla nəzarətə götürdüyü Sakarya valiliyin qarşısında təxminən 2 min nəfər aksiya keçirib. Valilik binasının qarşısında dayanan əsgərlər xəbərdarlıq atəşindən sonra izdihama atəş açıblar. Məlumata görə, 7-8 nəfər ayaqları və bədənin digər hissələrindən yaralanıb. Yaralananlar xəstəxanalara aparılıb. İzdihamin binaya daxil olmaq cəhdi növbəti dəfə xəbərdarlıq atəşi ilə qarşılanıb.

Ankarada AKP-nin baş qərargahının qarşısına toplaşmağa başlayan insanların üzərinə vertolyotlardan atəş açılıb. Bir nəfərin öldüyü bildirilir.

Nihad


Müəllif: