Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter Yunanıstana qaçırılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Yunanıstanın ERT dövlət televiziyası məlumat verib.
Məlumata bildirilib ki, helikopterdə 7 əsgər və 1 sadə vətəndaş olub. Helikopter yerli vaxtla 11:45-də həyəcan siqnalı verib və Dedeağac havalimanına eniş edib. Onların Yunanıstan hökumətindən sığınacaq istədikləri bildirilib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı Yunanıstan hökumətinə müraciət edib: "Helikopterlə Yunanıstana qaçan 8 xain əsgəri dərhal təslim edilməsini istədik".
Samir