Türkiyənin Təhsil Nazirliyi özəl təhsil müəssisələrində işləyən 21 min müəllimi işdən kənarlaşdırıb.
Teleqraf.com xəbər verir ki, nazirliyin nümayəndəsi lisenziyası alınan 21 min müəllimin əsasən terrorçuluq fəaliyyətində şübhəli bilindiklərini deyib, amma əlavə açıqlama verməyib.
Qeyd edək ki, Türkiyə hakimiyyəti iyulun 15-də edilən hərbi çeviriliş cəhdindən sonra ölkə böyu həbslər vətəmizləmələrə başlayıb.
Azı 7500 nəfərin həbs edildiyi, polis, hakim, vali və bələdiyyə başqanları da daxil olmaqla minlərlə adamın işdən kənarlaşdırıldığı bildirilir.