Moskva vilayətinin arbitraj məhkəməsi AST şirkətlər qrupunun prezidenti Telman İsmayılovun iflası ilə bağlı işə baxılmasını avqustun 11-dək təxirə salıb.
Teleqraf.com "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı müraciət Moskvanın BM bankı tərəfindən edilib.
Qeyd edək ki, məhkəmə 2015-ci ilin dekabrında vətəndaş Boris Zubkovun tələbi ilə İsmayılovun müflisləşməsi ilə bağlı qərar çıxarıb. Ancaq apelliyasiya məhkəməsi bu qərarı ləğv edib. Kassasiya idarəsi də apelliyasiyanın bu qərarını qüvvədə saxlayıb.
Elvin