9 Avqust 2016 11:01
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov Rusiya və Türkiyə prezidentlərinin görüşünə münasibət bildirib.

Teleqraf.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, Mixail Qorbaçovun fikrincə, müntəzəm dialoqa və əməkdaşlığa canatım, o cümlədən iki dövlət başçısının çərşənbə günü Sankt-Peterburqda görüşü həm Türkiyə, həm Rusiya, həm də dünya siyasəti üçün faydalı olacaq:

"Düşünürəm ki, hər iki prezident belə bir qərar verməklə düzgün addım atır. Müntəzəm dialoq və əməkdaşlıq yolu tutmaq gərəkdir. Fikrimcə, bundan həm Türkiyəyə, həm bizə, həm də ən əsası, dünyadakı siyasi vəziyyətə fayda dəyəcək".

Mahir


Müəllif:

Oxşar xəbərlər