10 Avqust 2016 10:45
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya məsələsində Türkiyə ilə Rusiyanın birlikdə hərəkət etməsində çətinliklər var.

Bunu öz feysbuk səhifəsində politoloq Orxan Qafarlı iddia edib.

Onun sözlərinə görə, Türkiyənin Əsəd rejimini qəbul etməsi Səudiyyə Ərəbistanı və Qətərlə əlaqələrində problemlər yarada bilər: “Ankaranın buna gedəcəyinə inanmıram. Rusiya da Əsəd rejimi və kürd ortaqlarından əl çəkməyəcək. Rusiya-Türkiyə əlaqələrinin düzəlməsi Ankaranın manevr imkanlarını artıra bilər. Türkiyənin Rusiya ilə əlaqələrdə daha çox iqtisadi işbirliyinə ehtiyac var. Ticarət və turizmdəki defisitin qapadılması önəmlidir”


Müəllif:

Oxşar xəbərlər