11 Avqust 2016 17:16
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenkonun bir neçə dövlət rəhbəri ilə danışığa cəhd göstərdiyi barədə məlumatlar yayılıb.

Teleqraf.com RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Pyotr Poroşenko Xarici İşlər Nazirliyinə ABŞ-ın vitse-prezidenti Co Bayden, Avropa Şurasının prezidenti Donald Tuskla, eləcə də Almaniya və Fransa prezidentləri ilə üçtərəfli telefon danışığı təşkil etməyi tapşırıb.

Ukrayna prezidentinin Rusiya dövlət başçısı Vladimir Putinlə də telefon danışığına təşəbbüs göstərdiyi xəbər verilir.

Qeyd edək ki, Krım ətrafında vəziyyət gərginləşib. Ötən gün Rusiya Ukraynanın terror məqsədi ilə Krıma təxribatçı qüvvə yeritdiyi haqda məlumat yayıb. Bildirildiyinə görə, təxribatçıların zərərsizləşdirilməsi zamanı iki rus hərbçisi həlak olub.

Pyotr Poroşenko Krım və Donbasla sərhəddə hərbi birləşmələrin döyüş hazırlığını gücləndirmək haqda əmr verib.

Mahir


Müəllif:

Oxşar xəbərlər