Türkiyənin Şırnak vilayətində Kürd Fəhlə Partiyasının (PKK) terrorçuları iki nəfəri naməlum istiqamətə qaçırıblar.
Anadolu Agentliyinin məlumatına görə, terrorçuların qaçırdıqları Fikrət və Naci Adıyamanların olduqları avtomobil yandırılıb. Bildirilir ki, Fikrət Adıyaman Ədalət və İnkişaf Partiyasının (AKP) Beytüşşübap rayon təşkilatının gənclik bölümünün fəallarından olan Tahir Adıyamanın yaxın qohumudur. Təhlükəsizlik qüvvələri hadisə ilə əlaqədar əməliyyata başlayıblar.