Türkiyə Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinin iqtisadi dövriyyəsinə qlobal səviyyədə müdaxilə etmək üçün hərəkətə keçib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ilk mərhələdə 34 ölkə FETÖ-nün necə bir şəbəkə olduğu barədə məlumatlandırılıb, təşkilatın üzvlərinin əmlak və pul dövriyyəsinin dondurulması tələb edilib.
ABŞ, Almaniya, Çinlə yanaşı, Avropa Komissiyası və Körfəz Əməkdaşlıq Təşkilatına rəsmi tələb irəli sürülüb.
Məqsəd 150 milyard dollar maliyyə vəsaiti olduğu təxmin edilən FETÖ-nün iqtisadi dayağını çökdürməkdir.
Sevinc