17 Avqust 2016 18:14
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə təqaüddə olan general-leytenant Əhməd Yavuz prezident R.T.Ərdoğana məktub yazıb.

General məktubunda paralel dövlət institutu yaradan və 15 iyulda dövlət çevrilişinə cəhd edən Gülən şəbəkəsi ilə bağlı üç nəfərin həbs edilməməsini təəccüblü hal kimi qiymətləndirib.

Teleqraf.com Türkiyə mediasına istinadən bildirir ki, general Balyoz əməliyyatı zamanı Türkiyə parlamentində qurulan Araşdırma Komissiyasına üç dəfə “bizi də araşdırın” deyə müraciət edildiyini, ancaq cavab almadıqlarını xatırladıb.

Ardınca qeyd edib ki, həmin dövrdə baş verən hadisələrə hökumətdə təmsil olunan Bülənd Arınc “Türkiyə bağırsaqlarını təmizləyir” deyə mövqe ifadə edib. İyulun 16-da isə Arınc Gülən camaatının çevriliş cəhdini “bu şəbəkəni indi anladım” deyə reaksiya ifadə edib.

General qeyd edib ki, vaxtilə “camaat dövləti ələ keçirdi” iddialarına o dövrün təhsil naziri Hüseyn Çəlik “bu iddialara qarğalar belə gülər” cavabı verib: "Həmçinin saxta Balyoz çevriliş planının 2007-ci ildə bilərəkdən gündəmə daşınması haqda fikirlər səsləndiriləndə həmin dövrün ədliyyə naziri Sədullah Erginin buna sərt reaksiya verilməsi xatirələrdədir".

Əhməd Yavuz əlavə edib ki, 15 iyulda xain çevriliş cəhdindən sonra FETO ilə mübarizə başlanılıb, lakin Bülənd Arınc, Hüseyn Çəlik və Sədullah Erginin toxunulmaz olaraq qalması anlaşılmaz durum yaradır.

Nemət


Müəllif:

Oxşar xəbərlər