Özbəkistan Daxili İşlər Nazirliyinin 7 nəfərlik desant qüvvəsi Qırğızıstanla sərhəddə Unqar-too dağı yaxınlığındakı mübahisəli əraziyə daxil olub.
Teleqraf.com lenta.ru-ya istinadla xəbər verir ki, desant qüvvəsi əraziyə Mi-8 vertalyotu vasitəsi ilə yeridlib.
Qırğızıstan sərhəd xidməti həmkarları ilə danışıqlar aparmağa təşəbbüs göstərir. Qırğızıstan prezidenti Almazbek Atambayev toplantı keçirərək dövlət sərhədinin qorunması və təhlükəsiziliyin təmini üçün göstəriş verib.
Mahir