31 Avqust 2016 11:27
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Özbəkistan hazırki vəziyyətdə rəngli inqilablardan qaçmalıdır".

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Yeni Dövlətlər Beynəlxalq institutunun direktoru Aleksey Martınov deyib.

Onun sözlərinə görə, Özbəkistanın siyasi vektorunu dəyişməsi inanılmazdır: "Rusiya və Özbəkistan ümumi geosiyasi məkanda yerləşir. Kərimov Rusiya və Çinlə yaxşı münasibətləri saxlaya bilib. Bu kurs ölkənin hazırki prezidentini kimin əvəz edəcəyindən asılı olmayaraq, davam edəcək.

2005-ci ildə Özbəkistanda rəngli inqilaba cəhd edildi və Kərimov bunun qarşısını aldı. Hazırda Özbəkistan bu kimi inqilablardan qaçmalıdır".

Qeyd edək ki, 78 yaşlı Kərimov avqustun 28-də insult keçirib və xəstəxanaya yerləşdirilib.

Elvin


Müəllif:

Oxşar xəbərlər