31 Avqust 2016 11:35
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyada qaldığı oteldə bıçaqlanaraq qətlə yetirilən ingilis Mia Aylif Çanqın yas mərasimində cinayətin terror aktı olduğunu əks etdirmək məqsədilə Quran oxunacaq.


Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, 21 yaşlı Mia oteldə 29 yaşlı Fransa vətəndaşı Smeyl Ayad tərəfindən bıçaqlanıb. Ayadın hücumdan əvvəl “Allahu-Əkbər” deyə qışqırması hadisənin terror hücumu kimi qiymətləndirilməsinə səbəb olub.

Hadisəni araşdıran Avstraliya polisi isə qatilin narkotik təsiri altında ola biləcəyini və ya ağlının yerində olmadığını bildirərək, terror versiyasını istisna etmişdi.


Mianın anası Rozia Aylif qətlin səbəbinin ictimaiyyətə yanlış çatdırılmasını tənqid edərək, qızı üçün “fərqli inancların bir arada olduğu” bir cənazə mərasimi təşkil edəcəyini açıqlayıb. Qurandan bir ayənin səsləndiriləcəyi mərasimdə xristianlıq, iudaizm və buddizm dinlərinə aid mətnlər və ilahilər də oxunacaq. Rozia açıqlamasında qızının külünün “yoluna davam edə bilməsi üçün” dünyanın fərqli bölgələrinə göndəriləcəyini deyib.


Sevinc


Müəllif:

Oxşar xəbərlər