50 yaşlı ana 33 yaşlı qızını vəhşicəsinə öldürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Oklahoma ştatında baş verib. Xuanita Qomes əlindəki xaç ilə qızı Cenevenin boğazına bir neçə zərbə endirib. Qızının öldüyünə əmin olan ana onun bədənini yuyub və polisləri çağırıb.
Qomes polislərə cinayətini etiraf edib və əməlinə haqq qazandırmağa çalışıb: "Bir neçə müddətdir ki, qızımdan şübhələnirdim. Onun bədəninə şeytan girmişdi. Bu üsulla onun bədənindəki şeytanı çıxardım".
Elvin