Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.
Teleqraf.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, türkiyəli nazir telefon danışığı zamanı Lavrova “Fərat Qalxanı” əməliyyatı barədə danışıb.
Çavuşoğlu İŞİD-ə qarşı əməliyyatların uğurla davam elədiyini deyib.
Nazirlər yaxın vaxtlarda təkbətək görüşmək qərarına gəliblər.
Sevinc