3 Sentyabr 2016 08:32
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda referendumqabağı təşviqatın aparılmasına başlanılıb.

"Report"un xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-i saat 8.00-da dayandırılmalıdır.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası üç təşviqat qrupunu qeydə alıb. Bunlar "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarıdır.

Referendumla bağlı şəhər və rayonlarda 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer, ümumilikdə, 256 yer müəyyən edilib.

Bundan başqa, təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü dörd kütləvi informasiya vasitələrində (KİV) ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Həmin KİV-lər bunardır:

- İctimai Televiziya və Radio Yayımları Şirkəti;

- “Azərbaycan” qəzeti;

- ”Xalq qəzeti”;

- “Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları referendumqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.


Müəllif:

Oxşar xəbərlər