4 Sentyabr 2016 18:27
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu və könüllülər dəstəsi Hələb şəhərinin cənubunda yerləşən Hərbi Hava Qüvvələri və arxa cəbhə məktəblərinin ərazilərini yaraqlılardan azad ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ali hərbi məktəblərin ərazilərinə hücumun növbəti mərhələsi bazar günü gecə başlayıb.

Polkovnik Suheyl əl-Həsənin rəhbərlik etdiyi "Pələnglər" bölməsi tərəfindən yaraqlıların Xan-Tuman yaşayış məntəqəsi ilə Hələbin Ramus məhəlləsini birləşdirən əsas təchizat yolunu kəsməyə müvəffəq olublar, ardınca məktəblərin ərazisinə hücum davam etdirilib.

Hərbi məktəblərin digər tərəfindən milli qvardiya bölmələri, könüllü və nizami qoşun dəstələri terrorçulara hücuma keçiblər. Şiddətli döyüşlər bütün gecə və səhər saatlarında davam edib.


Müəllif:

Oxşar xəbərlər