11 Sentyabr 2016 00:57
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada iki yüngülmotorlu təyyarənin toqquşması nəticəsində 2 nəfər həlak olub.

Teleqraf.com "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə yerli hava idman klubunun keçirdiyi tədbirdə baş verib. Ölən iki nəfər bir təyyarədə olub. İkinci təyyarənin pilotu toqquşmadan sonra təyyarəni yerə endirə bilib.

Tədbir iştirakçıları xəsarət almayıb.

Yüngülmotorlu təyyarəlarin toqquşma səbəbləri hələ bilinmir.


Müəllif: