ABŞ-ın “USS Ronald Reyqan” təyyarədaşıyan gəmisi oktyabrda Cənubi Koreyada baş tutacaq hərbi təlimlərə qatılacaq.
Axar.az xəbər verir ki, bu barədə “Yonxap” agentliyi Cənubi Koreyadakı hərbi mənbələrinə istinadən məlumat yayıb. “USS Ronald Reyqan” 10-15 oktyabrda Koreya körfəzi və Sarı dənizdə baş tutacaq Cənubi Koreya-ABŞ birgə hərbi təlimlərində iştirak edəcək”, - mənbə bildirib.
Təlimin əsas məqsədi Koreya yarımadasında müharibə başlayacağı təqdirdə Şimali Koreyanın hərbi obyektlərinin yüksək dəqiqliklə vurulmasını işləyib hazırlamaqdır. Bundan başqa təlimlərə ABŞ-ın 5 esminesi də qatılacaq. Mənbənin sözlərinə görə, təlimlər zamanı ABŞ Cənubi Koreyaya B-2 strateji bombardmançılarını da göndərməyi planlaşdırır.