"Normand dördlüyü"nün üzvü kimi Almaniya və Fransa Minsk öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürməlidir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın Minsk danışıqları üzrə nümayəndəsi Leonid Kuçma deyib:
"Almaniya və Fransa "Normand dördlüyü"nün əsas nümayəndələridir. Qərarı qəbul edən şəxslər buna cavab da verməlidir. Əgər bu öhdəliklər yerinə yetirilmirsə, ilk növbədə günah onlardadır".
Xatırladaq ki, Minsk razılaşmasına əsasən, Kiyev 2015-ci ilin sonuna qədər konstitusiya islahatları aparmalı idi. İslahatların əsas əlaməti Donetsk və Luqansk vilayətlərinə xüsusi statusun verilməsi idi. Ancaq Kiyev hökuməti bu öhdəlikdən boyun qaçırdı.
Samir