Pakistanın şimal-qərbində, Camrud rayonu ərazisində ölkə Hərbi Hava Qüvvələrinə məxsus F-7PG təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
İlkin məlumata görə, təyyarə texniki nasazlıq səbəbindən yerə çırpılıb.
Təyyarənin pilotu Ömər Şaxzad həlak olub.
Qəza yerində təhlükəsizlik xidmətinin əməkdaşları təhqiqat aparırlar.