30 Sentyabr 2016 00:16
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Amerikalıların Suriyada müxaliflərlə terrorçuları ayırd edə bilməməsi Suriyaya Beynəlxalq Dəstək Qrupu çərçivəsində bütün kompleks razılaşmaları dondurub".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova "Rusiya-Yunanıstan 2016" saytına müsahibəsində deyib:

"Bu prosesin əsas şərti Vaşinqtonun terrorçularla müxalifləri ayırd etməsindən ibarət idi. Ancaq amerikalılar terrorçu qruplaşmaları, o cümlədən "Ən Nusra Cəbhəsi"ni dəstəkləməkdə davam edir. Onlar hesab edir ki, "Ən Nusra" müxalif qruplaşmadır".

Onun sözlərinə görə, Vaşinqton bu öhdəlikləri təxminən yarım il əvvəl üzərinə götürsə də, fəaliyyətində heç bir dəyişiklik olmayıb.

Zaxarova Suriya məsələsində Türkiyə və Rusiyanın əməkdaşlığından da danışıb. O bildirib ki, bu iki ölkənin Suriya üzrə əməkdaşlığı konstruktiv olacaq: "Moskva Ankaranın Suriyadakı fəaliyətini yaxından izləyir və onunla birgə əməkdaşlığa hazırdır".

Rusiya XİN nümayəndəsi ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kibrinin fikirlərinə münasibət bildirib: "Kibri bildirib ki, Suriyada vətəndaş müharibəsi davam edərsə, əməliyyatlar genişlənəcək və Rusiyada terror aktları istisna edilmir. Həmkarıma belə bir sualım var: Bu aktları Vaşinqtonun dəstəklədiyini "müxaliflər" edəcək?"

Samir


Müəllif:

Oxşar xəbərlər