Türk professor Aytən Altundaş Osmanlı şahı Sultan Süleyman Qanuninin ölüm səbəbini açıqlayıb.
Axar.az xəbər verir ki, tanınmış həkim Sultan Süleymanın 71 yaşında gut xəstəliyindən (podaqra) ağrılar içində can verdiyini deyib. O, xəstəliyin yaranma səbəblərindən də danışıb: “Osmanlıların əsas qidası quzu əti və plov idi. Çox hərəkət etmədikləri üçün əksəriyyəti gut xəstəliyinə tutulurdu. Osmanlıda bu xəstəliyin müalicəsi, dərmanları var idi, amma həkimlər Sultanı buna razı sala bilməmişdi”.
Qeyd edək ki, gut oynaqların mikrobsuz iltihabıdır. Ürikasit deyilən maddələr mübadiləsinin artığı olan bir maddənin oynaq boşluqlarında, iynəvari kristallar şəklində çökəklər əmələ gətirməsi ilə meydana gəlir və ağrılar tez-tez təkrarlanır.