ABŞ-da prezidentliyə namizədlər arasında sonuncu debat baş tutub.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından namizəd Donald Tramp və Demokratlardan olan rəqibi Hillari Klinton bu debatdan öncə də əl-ələ görüşməyiblər.
Debatın əsas mövzusu Rusiya və prezident Vladimir Putin olub. Klinton ABŞ-ın rəsmi orqanlarına edilən kiberhücumlarda Putini günahlandırıb: "Kiberhücumlara Putin şəxsən nəzarət edir. Rusiya hökuməti amerikalılara qarşı casusluqla məşğul olur. Onlar Amerika saytlarını, rəsmilərin şəxsi profillərini dağıdır və məlumatları "Wikileaks"ə ötürür. Bu hücumların əsas məqsədi ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir etməkdir".
Tramp isə yenə də Putini ABŞ prezidenti Barak Obama və sabiq baş katib Hillari Klintondan üstün tutub. O bildirib ki, Obama və Klintondan fərqli olaraq, Putin beynəlxalq siyasət məsələlərinə dair səmərəli qərarlar qəbul edir: "Klinton və Obama Putini sevmir. Çünki Putin siyasəti ilə onları barmağına dolayır".
Milyarder onun Rusiya ilə əlaqələri olması barədə yayılan məlumatları təkzib edib: "Mən heç vaxt Putinlə görüşməmişəm. Şəxsən onu tanımıram. Əgər ABŞ Rusiya ilə əlaqələri yaxşılaşdırsa, bu müsbət addım olacaq".
ABŞ-ın nüfuzlu "Washington Times" nəşri sonuncu debatda Trampın qələbə qazandığını açıqlayıb. Qəzetin məlumatına görə, bu ilki teledebatlar ən yeni tarixində ən sərt debat olub. Namizədlər üç raund zamanı bir-birini sərt tənqid ediblər. Xüsusilə, ikinci debatda Tramp bildirib ki, o, prezident seçilsə, Klinton həbs olunacaq.
Samir