22 Oktyabr 2016 18:44
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus alimləri Şimal qütb bölgəsində almanlara aid İkinci Dünya Müharibəsindən qalma gizli hərbi baza aşkarlayıblar.

Moderator.az xəbər verir ki, Şimal qütbündən 1000 km uzaqlıqdakı Alexandra Land adasında aşkarlanan baza nasist qüvvələrinin Rusiyaya hücum etməsindən 1 il sonra, 1942-ci ildə salınıb. Mütəxəssislərin sözlərinə görə, almanlar stansiyaya “Xəzinə ovçusu” şifrə adını veriblər. Gizli baza taktiki hava vəziyyətini araşdırmaq məqədilə fəaliyyət göstərib.

Rus alimlərinin fərziyyələrinə əsasən, hərbi bazadakı əsgər və zabitlər 1944-cü ildə qütb ayısının ətini yedikdən onra zəhərləniblər. Bəzilərinin həyatını həmin hadisədən sonra qurtarmaq mümkün olmayıb.

Məhz bundan sonra bütün heyət bazanı tərk edib, beləliklə də, “Xəzinə ovçusu” tamamən unudulub.

Ruslar okeanın ucqarlarında olan həmin bazada kəskin şaxtalara baxmayaraq 500-ə qədər əşyanın salamat qaldığını müəyyən ediblər.


Müəllif:

Oxşar xəbərlər