Türkiyə polisinin İzmirdə keçirdiyi əməliyyat zamanı Fətullah Gülənin qardaşı Vədat Gülənin iki övladı saxlanılıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Təhlükəsizlik Təşkilatı Kəşfiyyat və terrorla mübarizə şöbəsinin əməkdaşları uzun zamandır axtarışda olan Hüseyn Gülən və Büşra Gülənin Yaşılyurd küçəsində gizləndikləri evi müəyyən edib.
Dərhal əməliyyat təşkil olunub, evdən 2 kompüter, 2 mobil telefon, fotoaparat və 2 min Türk lirəsi tapılıb.
FETÖ üzvlərinin bir-biri ilə “ByLock” sistemi vasitəsilə xəbərləşdikləri məlum olub.
Kəmalə