Bu gün Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşəcək.
Teleqraf.com rus mətbuatına istinadə xəbər verir ki, bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov rusiyalı həmkarının dəvəti ilə Rusiyaya işgüzar səfərə gələcək.
Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas mövzularının yüksək səviyyədə müzakirə olunacağı gözlənilir. Aktual regional məsələlərə dair də fikir mübadiləsi nəzərdə tutulur.
Türkmənistan prezidenti sonuncu dəfə 2011-ci ilin dekabrında Rusiya rəhbərliyi ilə danışıqlarda iştirak etmək üçün Rusiyada olub.